Hindistan səfirliyi Bakıda qanvermə aksiyası keçirdi - FOTO

Hindistan səfirliyi Bakıda qanvermə aksiyası keçirdi - FOTO

Hazırda oxunan: Hindistan səfirliyi Bakıda qanvermə aksiyası keçirdi - FOTO

57654

Hindistanın 73-cü Respublika Günü münasibətilə Bakıda qanvermə aksiyası təşkil olunub. 

Hindistan səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, aksiya "Hind Hospitalı", Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə keçirilib.

Hindistan səfiri Bavitlunq Vanlalvavna qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Qanvermə aksiyasına səfir, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri və könüllülər qatılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO