Evindəki yanğını söndürmək istəyən Qusar sakininin əlləri yandı - FOTO

Evindəki yanğını söndürmək istəyən Qusar sakininin əlləri yandı - FOTO

Hazırda oxunan: Evindəki yanğını söndürmək istəyən Qusar sakininin əlləri yandı - FOTO

57579

Qusarın ucqar Kirik kəndində baş verən yanğında ev sahibi, 65 yaşlı Elxan Babayev əllərindən yanıq xəsarəti alıb.

Bizim.Media xəbər verir ki, Qusar rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılan sakinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Elxan Babayevin yaşadığı evdə yanğını söndürməyə çalışarkən əlləri yanıb. 

Onun evində yanğının hansı səbəbdən baş verdiyi hələ açıqlanmasa da ilkin versiya kimi alovun qısa qapanmadan qaynaqlandığı bildirilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO