Komitə sədri məktəblərdəki vəziyyət HAQQINDA: “Valideynlər uşaqlara öhdəliklərini başa salmalıdır”

Komitə sədri məktəblərdəki vəziyyət HAQQINDA: “Valideynlər uşaqlara öhdəliklərini başa salmalıdır”

Hazırda oxunan: Komitə sədri məktəblərdəki vəziyyət HAQQINDA: “Valideynlər uşaqlara öhdəliklərini başa salmalıdır”

57567

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı hörmətsiz davranışlarını əks etdirən görüntülərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, o deyib ki, bu məsələnin görünən tərəfidir. 

"Bəlkə də oxşar hadisələr olur və biz bundan xəbər tutmuruq. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır", - Dövlət Komitəsinin sədri vurğulayıb. 

"Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq.

Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var.
Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır", - B.Muradova bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO