Azərbaycanda atalıq məzuniyyəti bu şərtlərlə veriləcək - VİDEO

Azərbaycanda atalıq məzuniyyəti bu şərtlərlə veriləcək - VİDEO

Hazırda oxunan: Azərbaycanda atalıq məzuniyyəti bu şərtlərlə veriləcək - VİDEO

57472

Ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir.

Bizim.Media xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı atalıq məzuniyyətinin verilməsi qaydalarından danışıb.

“Həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq. Həmin tibbi arayışı iş yerinə təqdim edəcək. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verəcək.

Qeyd edim ki, məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək”, - o bildirib.

A.Osmanqızı əlavə edib ki, bu, bir uşaq üçün nəzərdə tutulmur, hər bir övlad üçün atalıq namizədi bu hüquqdan istifadə edə bilər. (Xəzər Xəbər)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO