Əməkdar artist Dilarə Əliyeva mərhum dostu Cabir İmanovun son illər efirə çıxmamasının səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Astar TV-də danışıb.
Dilarə deyib ki, Cabiri verilişinə çağırsa da, o, gəlməyib:
“Onu verilişlərimə dəvət edirdim. Amma gəlmək istəmədi. Dedi ki, bu dönəmdə ekrana çıxmaq istəmir. Elə bir məqamdır ki, gəlirsən deyib-gülürsən, zarafat edirsən, anlayan-anlamayan var. Paylaşırlar, şərh yazırlar, özümü onlara yem etmək istəmirəm.
Özümü onların münasibətində görmək istəmirəm. Adam o qədər haqlı idi ki. Çünki söhbəti konteksdən çıxaranlar özlərinə xal toplayırlar. Bu baxımdan ona haqq verirdim, fikirlərinə də hörmətlə yanaşırdım”.
Sara, Bizim.Media