Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.
Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.
"Hətta stansiyalararası tunellərdə də dayanmışıq", - deyə sərnişin yazıb.
Digər sərnişin isə yazıb: "Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə stansiyada dayanmalıdır?". (Oxu.az)
Bizim.Media