Bu stadiona Maradonanın adı veriləcək 

Bu stadiona Maradonanın adı veriləcək 

Hazırda oxunan: Bu stadiona Maradonanın adı veriləcək 

5735

Argentinanın La-Plata şəhərində yerləşən "Uniko" stadionunun adı dəyişdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof "Infobae" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, arena dünya futbolunun əfsanəsi, ötən ay dünyasını dəyişmiş Dieqo Maradonanın şərəfinə "Uniko de La-Plata Dieqo Armando Maradona" adlandırılacaq.

Bu, argentinalı veteran hücumçunun adını daşıyan 2-ci stadion olacaq. Daha əvvəl İtaliyanın "Napoli" komandasının ev oyunlarını keçirdiyi arenaya Maradonanın adı verilib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. ( Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO