Belçikanın Qarabağla bağlı qəbul etdiyi qətnaməyə Türkiyə XİN-dən cavab

Belçikanın Qarabağla bağlı qəbul etdiyi qətnaməyə Türkiyə XİN-dən cavab

Hazırda oxunan: Belçikanın Qarabağla bağlı qəbul etdiyi qətnaməyə Türkiyə XİN-dən cavab

5730

"Belçika Nümayəndələr Məclisninin qərarının nə tarixi, nə hüquqi, nə də mövcud reallıqlarla  heç bir əlaqəsi yoxdur"

Bizm.Media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy bildirib. 

Aksoy qeyd edib ki, bu qərar Belçika Nümayəndələr Palatasının, eləcə də bir sıra digər parlamentlərin ermənipərəst ifadələrin  alətinə çevrilməsinə bariz nümunədir, onlar qərəzli hərəkət edir və daxili siyasətə yönəlmiş dar maraqların girovuna çevrilirlər: 

"Qətnamə Türkiyə-Belçika münasibətlərinə kömək etməyəcək və regionda sülh və sabitliyin qorunub saxlanmasına xidmət etməyəcək. Bu qərarlar daha çox Ermənistanın reallıqları qəbul etməsi prosesini geciktirərək üzərinə düşən öhdəliklərdən  yayınmasına yol açır".

Hami Aksoy həmçinin, bildirib ki, Aşağı Palatanın saxta erməni iddiası ilə bağlı qəbul etdiyi "1915-ci il qurbanlarının anılması" qərarı da Avropa İnsan Haqqları məhkəməsinin qərarı barədə olmaqla hüququa ziddir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO