ABŞ hökuməti Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu ölkədə ABŞ səfirliyi bağlanır - DETALLAR
“Rusiyanın artan hərbi əməliyyat riskini nəzərə alaraq Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır və onun qəfil daha da pisləşməsi riski var. ABŞ-ın Ukraynadakı səfirliyi ABŞ vətəndaşlarını kommersiya nəqliyyatından və ya başqa seçimlərdən istifadə edərək Ukraynanı dərhal tərk etməyi düşünməyə çağırır”, -deyə açıqlamada bildirilib.
Bizim.Media