Mərkəzi Bankdan 18 sığorta agentinin lisenziyası ilə bağlı QƏRAR 

Mərkəzi Bankdan 18 sığorta agentinin lisenziyası ilə bağlı QƏRAR 

Hazırda oxunan: Mərkəzi Bankdan 18 sığorta agentinin lisenziyası ilə bağlı QƏRAR 

57239

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 18 fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların müddətini dayandırıb.

Bizim.Media-nın AMB-dən əldə etdiyi məlumata əsasən, 25 yanvar 2022-ci il tarixli qərar ilə sığorta agentlərinin lisenziyalarının qüvvədə olma müddəti 3 aylıq dayandırılıb.  

Bu qərar, “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatları vaxtında və ya tam yerinə yetirilməməsi ilə bağlı olub.

Lisenziyalarının qüvvəsi dayandırılan fiziki şəxs olan sığorta agentlərinin siyahısı ilə linkdən tanış ola bilərsiniz. 
 

Eləcə də, Mərkəzi Bankın 25 yanvar 2022-ci il tarixli qərarı ilə altı fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bərpa edilib. Bildirilib ki, sığorta agentlərinin lisenziyanın dayandırılmasına əsas verən hallar aradan qaldırılıb.


“Sığorta fəaliyyəti haqqında” qanunun 106.5-ci və 111.1-ci maddələrinə əsasən lisenziyalarının qüvvəsi bərpa edilən fiziki şəxs olan sığorta agentlərinin siyahını linkdən əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO