Bərdə terrorunda çəkilmiş şəkil ilin fotolarından biri seçildi

Bərdə terrorunda çəkilmiş şəkil ilin fotolarından biri seçildi

Hazırda oxunan: Bərdə terrorunda çəkilmiş şəkil ilin fotolarından biri seçildi

5720

Amerikanın məşhur "Times”jurnalı  2020-ci ili 100  ən yaxşı şəkilini dərc edib.

Bizim.Media xəbər verir ki, seçilmiş şəkillər il ərzində baş verən bütün əlamətdar hadisələri əks etdirir. Şəkillərin arasında həm sevinc, həm kədər ilə dolu fotolar yer alıb.

Fotolar arasında oktyabrın 28-i, Ermənistan silahlı qüvvələrinin, Azərbaycanın  Bərdə şəhərini kasetli bombalardan  atəşə tutmasının fəsadları da əks olunub.

Fotonun altındakı yazıda qeyd olunub:

"Fuad İsmayılovun bacısı, erməni silahlı qüvvələrinin raket hücumu nəticəsində həmən həyatını itirən qardaşının əlini öpür".

Fotolar arasında , həmçinin , Beyrut limanında baş verən partlayışın , ABŞ-da, Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı etirazlar, COVİD-19-un fəsadları  və digər baş vermiş hadisələrin görüntüləri yer alıb.
 



Siyahıda 2020-ci ildə baş vermiş ən vacib hadisələri əks etdirən görüntülər yayımlanıb. Bunların arasında koronavirus pandemiyası, ABŞ-da Corc Floydun öldürülməsi ilə bağlı keçirilən aksiyalar, Belarusda etiraz aksiyaları, Beyrut Limanındakı partlayış, dünyanın müxtəlif yerlərində baş vermiş meşə yanğınlar və ilin digər vacib hadisələrinə dair görüntülər yer alıb.

Onlardan bəzilərini təqdim edirik:

Könüllülərdən biri Cənubi Avstraliyanın Kenquru adasında çıxan yanğın nəticəsində yaralanan koalanın üzərinə su tökür.



11 yaşlı Hoda Kinno, 4 avqustda Beyrutdakı limanda baş verən partlayışdan qısa müddət sonra əmisi Mustafa tərəfindən təxliyyə olunur.



60 yaşlı koronavirus pasienti Fransisko Espana Barselonadakı "Hospital del Mar" xəstəxanasının həkim heyətinin müşayiəti ilə günəşi seyr etmək üçün açıq havaya çıxarılıb. 



Türkiyənin Ədirnə bölgəsində, Yunanistanla sərhəddə mart ayında yaşanan qarşıdurma zamanı yunan sərhədçilərinin atdığı gözyaşardıcı qazdan özünü qorumağa çalışır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO