Gəncənin baş planı 2040-cı ildə hazır olacaq – Layihənin detalları bilindi

Gəncənin baş planı 2040-cı ildə hazır olacaq – Layihənin detalları bilindi

Hazırda oxunan: Gəncənin baş planı 2040-cı ildə hazır olacaq – Layihənin detalları bilindi

57171

Gəncənin baş planının hazırlanması işi davam etdirilir. 

Bu barədə məlumatı Gəncə Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna veriblər. Bildirilib ki, prosesə 2020-ci ildə start verilib.

Artıq bir neçə dəfə respublikanın ikinci böyük şəhərinin baş planı aidiyyatı qurumların rəhbərliyi ilə müzakirə olunub. 

Məlumatda o da qeyd olunub ki, Gəncənin baş planı Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti tərəfindən hazırlanır. Müzakirələr zamanı bildirilib ki, tarixi və mədəni baxımdan zəngin olan Gəncənin baş planı Nizami Gəncəvinin baxışlarından bəhrələnərək hazırlanıb.

Olduqca strateji nöqtədə yerləşən Gəncənin gələcəkdə Azərbaycanın iqtisadi mərkəzinə çevrilmə potensialı yüksəkdir və baş plan da buna cavab verməlidir.
Gəncənin tarixi mirasının qorunub saxlanılması ilə ekoloji və ağıllı şəhərin formalaşdırılması, nəzarətsiz urbanizasiyanın nəzarətə götürülməsi əsas məqsədlərdən biridir.

Müzakirəyə çıxarılan yeni baş planda şəhərdə olan köhnə sənaye məkanlarının yaşıl əraziyə çevrilərək, “Nizami bağları”nın salınması, Gəncə çayının məcrasının abadlaşdırılaraq üzərində əlavə körpülərin inşası, yeni avtomobil yollarının çəkilməsi, “Nizami Gəncəvi” kampusunun yaradılması və sair məsələlər öz əksini tapıb.

Məlumat üçün bildirək ki, Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti tərəfindən Gəncə şəhərinin baş planının hazırlanması prosesinin 2040-cı ildə yekunlaşması nəzərdə tutulur.

Məqsəd Rəhimov, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO