Gəncədə küçə itləri qadına hücum etdi, biri ayağını dişlədi

Gəncədə küçə itləri qadına hücum etdi, biri ayağını dişlədi

Hazırda oxunan: Gəncədə küçə itləri qadına hücum etdi, biri ayağını dişlədi

57163

Gəncədə orta yaşlı xanım küçə itlərinin hücumuna məruz qalıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Sevinc qəsəbəsində küçədən keçən xanıma itlər hücum edib. 

Bu zaman heyvanın biri qadının ayağından dişləyib. Xəsarət alan qəsəbə sakini dərhal xəstəxanaya çatdırılıb. Ona zəruri tibbi yardımlar göstərildikdən sonra evə buraxılıb. 

Sakinlərin sözlərinə görə, bu ərazidə son bir ayda 10-cu oxşar hadisədir. Dəfələrlə aidiyyatı təşkilatlara müraciətlər etsələr də sahibsiz küçə itləri ilə bağlı ölçü götürən yoxdur.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO