Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşdü

Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşdü

Hazırda oxunan: Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşdü

56784

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkirin Könüllü kəndindən keçən hissəsində “UAZ” markalı təcili tibbi yardım maşınına "VAZ 2107" markalı minik avtomobili çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO