Rusiya - Azərbaycan sərhədi bu tarixə kimi bağlanır

Rusiya - Azərbaycan sərhədi bu tarixə kimi bağlanır

Hazırda oxunan: Rusiya - Azərbaycan sərhədi bu tarixə kimi bağlanır

5667

"Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir:

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir".(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO