Yaşı 18-dən az olan şəxslərin Qarabağa səfərinə niyə icazə verilməyib? - RƏSMİ AÇIQLAMA

Yaşı 18-dən az olan şəxslərin Qarabağa səfərinə niyə icazə verilməyib? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yaşı 18-dən az olan şəxslərin Qarabağa səfərinə niyə icazə verilməyib? - RƏSMİ AÇIQLAMA

56606

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. 18 yaşdan aşağı şəxslərə isə azad edilmiş ərazilərə valideynlərinin müşayiəti ilə də getməyə icazə verilmir. Bu barədə açıqlamanı Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov verib.  

Məsələ ictimaiyyətdə ciddi müzakirə yaradıb. Məlum məhdudiyyətin qoyulması vətəndaşlarımız arasında anlaşılmazlıq yaradıb və qərarın hansı müddətə qədər qüvvədə qalması sual yaradıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva məhdudiyyətin müvəqqəti xarakter daşıdığını və ilkin mərhələdə yalnız 18 yaşdan yuxarı şəxslərin azad edilmiş ərazilərə səfər edə biləcəyini deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Xarici vətəndaşların Qarabağa səfərinə icazə verilməyəcək – RƏSMİ


“Belə bir qadağa qərarı təhlükəsizlik baxımından və ilkin mərhələdə sərnişin sayının çoxluğu nəzərə alınaraq verilib. Sərnişin sıxlığını tənzimləmək üçün belə bir addım atılıb. Hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir. Amma digər növbəti mərhələlərdə bu məhdudiyyətin götürülməsi gözlənilir”. 

Xatırladaq ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 6-cı bəndində bilet satışının təşkili, gediş haqqının ödənilməsi qaydası şərtləri müəyyən edilib.

Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədi təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 faizini əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 faizini çıxmaqla ödənilmiş məbləği geri ala bilər. 

Qeyd edək ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO