“Dərsliklərdə olan problemlər növbəti çapda tam aradan qaldırılacaq” – Nazir müavini

“Dərsliklərdə olan problemlər növbəti çapda tam aradan qaldırılacaq” – Nazir müavini

Hazırda oxunan: “Dərsliklərdə olan problemlər növbəti çapda tam aradan qaldırılacaq” – Nazir müavini

56468

“Dərsliklərdə yaranan problemlər növbəti çaplarda tam aradan qaldırılacaq”. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Samux rayonunda səfərdə olan Azərbaycan Təhsil Nazirinin müavini Muxtar Məmmədov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rus dili dərsliyində "20 Yanvar" faciəsinin təhrif olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 


Onun sözlərinə görə, dərsliklər müvafiq qanunvericiliyə əsasən müəllif ilə mətbəə arasında bağlanmış ikitərəfli müqavilə əsasında çap olunur.

“Dərsliklərin çapına ekspertiza şurası da nəzarət edir. Hazırda sözü gedən səhvlər çap olunan nəşriyyatla araşdırmalar aparılır. Nəşriyyat tərəfindən də bununla bağlı bəyanat verilib. Məsələ araşdırılacaq və bunun əsasında müvafiq tədbirlər görüləcək. Növbəti çapda bütün problemlər aradan qaldırılacaq“ - deyə nazir müavini əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO