Biləcəridə qəza – Sərnişinlər arasında XƏSARƏT alan var

Biləcəridə qəza – Sərnişinlər arasında XƏSARƏT alan var

Hazırda oxunan: Biləcəridə qəza – Sərnişinlər arasında XƏSARƏT alan var

56411

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub. 

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində alınıb.

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, 91 saylı avtobus qəsəbədaxili (Biləcəri) çalışır.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO