Azərbaycan çempionatının mükafat fondu artırıldı

Azərbaycan çempionatının mükafat fondu artırıldı

Hazırda oxunan: Azərbaycan çempionatının mükafat fondu artırıldı

56405

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manata çatdırılıb.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib.

Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.

Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO