Xaçmazda 20 YANVAR şəhidlərinin xatirəsi anıldı - FOTO

Xaçmazda 20 YANVAR şəhidlərinin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Xaçmazda 20 YANVAR şəhidlərinin xatirəsi anıldı - FOTO

56353

Xaçmaz rayonunda 20 yanvar faciəsinin 32-ci ildönümü Azərbaycan xalqının şanlı zəfər və azadlıq tarixi  günü kimi qeyd edilib.

Bizim.Media xəbər verir ki, rayon rəsmiləri, sakinlər, ictimaiyyət nümayəndələri, hərbçilər və keçmiş döyüşçülər Xaçmaz Şəhidlər Xiyabanını ziyarət ediblər.

Rayon İH başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə-kompleksi  və şəhidlərin xatirə lövhələri önünə əklil və gül dəstələri qoyublar.

Rayon rəhbəri şəhid ailələri ilə səmimi söhbət edib, qayğıları ilə maraqlanıb.

Bildirilib ki, 20 Yanvar faciəsi xalqın qan yaddaşı, qürur tarixi həmişə ehtiramla anılacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO