Qanunsuz olaraq hərbi forma geyinənlər 500 manat cərimələnəcək – VİDEO

Qanunsuz olaraq hərbi forma geyinənlər 500 manat cərimələnəcək – VİDEO

Hazırda oxunan: Qanunsuz olaraq hərbi forma geyinənlər 500 manat cərimələnəcək – VİDEO

56351

Son vaxtlar ölkəmizdə bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. “Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə isə yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Xəzər” televiziyası reportaj hazırlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi geyimi qanunsuz daşıyanları cərimə gözləyir - VİDEO


Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri üzrə köməkçisi Şirin İsmayılov bildirib ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir:

“Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür”.

Xatırladaq ki, hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO