Aİ nümayəndəsi: “Minsk qrupu formatında danışıqlar zəruridir”

Aİ nümayəndəsi: “Minsk qrupu formatında danışıqlar zəruridir”

Hazırda oxunan: Aİ nümayəndəsi: “Minsk qrupu formatında danışıqlar zəruridir”

5632

“Hesab edirəm ki, Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun işini tamamlayaraq regionda barışıq, yenidənqurma və sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.

Bizim.Media-nın məlumatrına görə, bunu Avropa İttifaqının xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı çətin vəziyyət üçtərəfli təmasda olmağı mümkünsüz edib:

“Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunan atəşkəs hələ də davam edir, baxmayaraq ki, bir neçə dəfə atəşkəsin pozulması halı qeydə alınıb”.

C. Borrell Dağlıq Qarabağda atəşkəsə tam hörmət edilməsinin və ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağın zəruriliyini də diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO