Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır - İlkin şərtsiz

Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır - İlkin şərtsiz

Hazırda oxunan: Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır - İlkin şərtsiz

56307

Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə başlamağa hazırdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər hələ də Laçın və Kəlbəcəri öz torpaqları hesab edirlər


“Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər” – deyə Vahan Hunanyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO