Yeni icra başçısı kollektivə təqdim olundu

Yeni icra başçısı kollektivə təqdim olundu

Hazırda oxunan: Yeni icra başçısı kollektivə təqdim olundu

56276

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub.

Bizim.Media-nın məlumatına görə, onu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavinlərindən biri təqdim edib.

Tədbirdə PA rəsmisi çıxış edib və ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrini çatdırıb. A.Fərzəliyev ona göstərilən etimada görə təşəkkür edib.
 

MÖVZU İLƏ BAĞLI:

Abşerona yeni icra başçısı təyin edildi


Bununla da A.Fərzəliyev Abşeronun icra başçısı kimi səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı sərəncamla İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Abdin Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Abşeronun icra başçısı təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO