"Legiya" Mahir Emreliyə yeni qiymət qoydu - MƏBLƏĞ

Hazırda oxunan: "Legiya" Mahir Emreliyə yeni qiymət qoydu - MƏBLƏĞ

56272

Polşanın "Legiya" klubu komandanın təlim-məşq toplanışına qatılmaqdan imtina edən Mahir Emrelini özbaşınalığına görə cəzalandırmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi Azərbaycan millisinin hücumçusunu heyətinə qatmaq istəyən 8 klubun heç biri ilə razılığa gələ bilməyib.

Emrelini rənglərinə bağlamaq hədəfi ilə "Legiya"ya elçi düşənlər arasında Zaqreb "Dinamo"su, Krakov "Visla"sı, eləcə də, Türkiyənin iki Super Liqa təmsilçisi - "Başakşehir" və "Sivasspor" da var. 

Daha öncə azərbaycanlı oyunçunu 2,5 milyon avrodan aşağı məbləğə heç yerə buraxmayacağını bəyan edən varşavalılar vəziyyəti bir qədər də qəlizləşdirib.

Belə ki, idarəçilərin son məsləhətləşməsindən sonra Mahir üçün yeni təzminat məbləği müəyyənləşdirilib - 3 milyon avro.

Təbii, bu məbləğ millimizin üzvünü transfer etmək fikrinə düşənlərin təxmin etdiyindən dəfələrlə çoxdur. "Legiya"nın prinsipial mövqeyi Emrelini istəyənlərin hər birinin geri çəkilməsini, daha uyğun variant axtarmasını şərtləndirir. (Fanat.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO