Qazilərin və şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılması, onların sosial rifahının daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bizim.Media xəbər verir ki, bu fikirlər Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda keçirilən dəyirmi masada səsləndirlib.
Vurğulanıb ki, hər hansı problemlə üzləşən qazi bununla əlaqədar dövlət orqanlarına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır.
Bu gün cəmiyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur.
Qazilər bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir.
Bizim.Media