"Fransa şirkətləri Azərbaycandan qovulmalıdır" - İqor Korotçenko

Hazırda oxunan: "Fransa şirkətləri Azərbaycandan qovulmalıdır" - İqor Korotçenko

56182

Rusiyalı hərbi ekspert İqor Korotçenko öz sosial şəbəkə hesablarında Fransada prezidentliyə namizəd olan Valeri Pekresin Qarabağa qanunsuz səfərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Korotçenko Azərbaycanın Fransanı maddi cəhətdən cəzalandırması gərəkdiyini bildirib.

“Madam Pekresin “arxa qapıdan” Qarabağa səfərinə görə, diplomatik və siyasi reaksiyadan savayı, Azərbaycan Fransanı maddi cəhətdən də cəzalandırmalıdır.

Rəsmi Bakı müxtəlif layihələrdən yüksək gəlir qazanan bir neçə fransız şirkətini ölkədən qovmalıdır. Yalnız belə olan halda Fransadakı prezidentliyinə namizədlər artıq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa cəsarət etməyəcək” – deyə rusiyalı ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO