Eminin Maldiv adalarında gizli toyu olub? – TƏFƏRRÜAT

Eminin Maldiv adalarında gizli toyu olub? – TƏFƏRRÜAT

Hazırda oxunan: Eminin Maldiv adalarında gizli toyu olub? – TƏFƏRRÜAT

56181

Rusiyalı model Alena Qavrilova tətildə əsl gəlinə oxşayan ağ libas geyinib.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Telegram kanalında yer alıb.

Sosial şəbəkə istifadəçiləri Azərbaycanın Xalq artisti, müğənni və iş adamı Emin Ağalarovun Maldiv adalarında gizli toy etdiyini düşünürlər. 

Bu söz-söhbətlərə səbəb model Alena Qavrilovanın gəlinlik paltarına oxşayan ağ libasdakı fotoları olub.

İfaçı qızı Afina və model Alena Qavrilova ilə on gündən artıqdır ki, Maldiv adalarında dincəlir. Birgə şəkilləri paylaşmırlar. Yalnız sosial şəbəkədə göstərilən yerlərdən və eyni fon şəkillərindən onların birlikdə tətilə getdiyi qənaətinə gəlmək olar.

Qavrilova sosial şəbəkədəki son fotosunda naxışlı ağ paltarda görünüb. Model etdiyi makiyajla gəlinə oxşayıb. Abunəçilər ona təriflər yağdırıblar və cütlüyün Maldiv adalarında gizli evləndikləri qənaətinə gəliblər.

Xatırladaq ki, yeni ilə az qalmış Emin “31.12” mahnısına klip çəkdirib. Videoda sənətçi Alena ilə yenidən bir araya gəlib. Bir-birlərinə incə hisslər nümayiş etdiriblər.

Cütlük 2016-cı ildə görüşməyə başlayıb və onların toyu iki il sonra baş tutub. Toy mərasiminin aparıcısı Andrey Malaxov olub, qonaqlar arasında Stiven Siqal da olub. Tezliklə Emin və Alyonanın ailəsində Afina adlı qız dünyaya gəlib.
2020-ci ilin yazında Emin Ağalarov sosial şəbəkələrdə Qavrilova ilə yollarını ayırdığını elan edib. Ayrılıq dinc bir notda baş verib, amma görünür, sevgi yenə də qalib gəlib və cütlük birləşməyə qərar verib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO