Obama cütlüyünün keçmiş stilisti Telli vəfat etdi

Obama cütlüyünün keçmiş stilisti Telli vəfat etdi

Hazırda oxunan: Obama cütlüyünün keçmiş stilisti Telli vəfat etdi

56144

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişelin keçmiş stilisti Andre Leon Telli 73 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TMZ nəşri yayıb.

Mənbə qeyd edir ki, Telli ABŞ-ın Nyu-York ştatının Uayt Plains şəhərindəki xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi hazırda məlum deyil.

“Onun işi və karyerası öz sözünü deyir... eləcə də Barak prezidentliyi dövründə bir müddət Obama ailəsi üçün məsləhətçi və stilist kimi fəaliyyəti”, - nəşr yazır.

"Stil ikonu" ləqəbli Telli “Vogue” jurnalının kreativ direktoru və redaktoru kimi də tanınır. TMZ-nin məlumatına görə, o, həmçinin “Amerika sayağı top model” realiti-şousunun aparıcısı olub.
Telli Karl Lagerfeld kimi tanınmış dizaynerlərin siması olub və ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamaya şəxsən məsləhətlər verib. Karyerasına 70-ci illərdə başlayan Andre “Numero Russia” jurnalının baş redaktoru olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO