Azərbaycan BUĞDANI kimdən almalıdır? – Vahid Əhmədovdan CAVAB

Azərbaycan BUĞDANI kimdən almalıdır? – Vahid Əhmədovdan CAVAB

Hazırda oxunan: Azərbaycan BUĞDANI kimdən almalıdır? – Vahid Əhmədovdan CAVAB

56139

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın taxıla olan tələbatını təmin etməsi ilə bağlı maraqlı fikirlərlə yadda qalıb.

Belə ki, millət vəkili buğda idxalı müqavilələrinin nə üçün yalnız Rusiya ilə bağlandığına diqqət çəkərək, digər buğda ixracatçıları ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib. 

Bəs, sözügedən əməkdaşlıqların qurulmasında başlıca problemlər hansılardır?

Sualı Bizim.Media üçün cavablandıran Vahid Əhmədov ilk növbədə daxili ehtiyatlar hesabına taxıl ehtiyacının ödənilməsindəki problemlər və gələcək perspektivlərlə bağlı fikirlərini bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda buğda istehsalı 1%, arpa istehsalı 12% artıb


“Əvvəla buğda istehsalı üçün Azərbaycanda torpaq ehtiyatları kifayət qədər çox deyil ki, buğdaya olan tələbat tam təmin olunsun. Təbii ki, söhbət qida buğdasından gedir. Bu gün Azərbaycanda cəmi 650 min hektara yaxın ərazidə qida buğdası əkilir. Doğrudur, Cənab Prezident də qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə buğda əkilməsi üçün işlər gedir. Həmin ərazilərin hesabına, 200-250 min hektar taxıl əkilməsi mümkündür. Bundan əlavə Cənab Prezidentin xarici ölkəyə səfəri çərçivəsində 50 min hektara yaxın torpağın icarəyə götürülməsi ilə bağlı razılaşma əldə olundu. Həmin ərazilərdə də taxıl əkilməsi gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, əgər sözügedən layihələr reallaşarsa, yaxın illərdə Azərbaycan özünün taxıl ehtiyacını 75-80% təmin edə biləcək. 

Vahid Əhmədov Rusiya ilə yanaşı digər ölkələrdən də taxıl idaxlı məsələsinə də münasibət bildirib:

“Çalışmaq lazımdır ki, ölkəmizin taxıl ehtiyatı kifayət qədər olsun. Yəni, bizdə vəsait sarıdan problem yoxdur. Hal-hazırda Rusiyadan taxıl alırıq. İstəsək, Pakistandan, Ukraynadan, Moldovadan, Qazaxıstan kimi taxıl istehsalçıları olan dost dövlətlərdən idxalı təmin edə bilərik. Bir neçə müqavilə imzalamaqla bunu reallaşdırmaq mümkündür”.

Sonda isə Vahid Əhmədov Azərbaycanın taxıl ehtiyatları ilə yetərli səviyyədə təmin olunmasını vacib edən iqtisadi və siyasi aspektləri də diqqətə çatdırıb:
 

“Taxıl ehtiyatı nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Belə ki, dünyada çox ciddi qiymət artımı gedir və bu taxıl qiymətlərində də hiss olunur. Son vaxtlar Rusiyada taxılın qiyməti 340 dollara yaxınlaşıb.


Əvvəlki dövrdə isə, taxılın bir tonuna görə qiymət 230-240 dollar həcmində idi. Buna görə də, Azərbaycan hökuməti qeyd olunan variantlar üzərində işləyir. Hesab edirəm ki, son vaxtlar taxıl ehtiyat fondunun ayrılması və yeni bir agentlik kimi fəaliyyət göstərməsi taxıl ehtiyatının yaradılması ilə bağlıdır. Çünki biz Azərbaycan-Ermənistan münasibətləri fonunda taxıl ehtiyatlarımızın bol olmasına diqqət yetirməliyik ki, bu cür problemlərlə qarşılaşmayaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO