Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb - MƏBLƏĞ

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb - MƏBLƏĞ

Hazırda oxunan: Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb - MƏBLƏĞ

56075

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 100,5 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media Neft Fonduna istinadən xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 025,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 075,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 840,3 milyon dollar və yaxud 1,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,7 milyon dollar və yaxud 1,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,6 milyon dollar və yaxud 0,6 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 166,8 milyon dollar və yaxud 4,3% artıb.

İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 460,8 milyon dollar və yaxud 3,4 %, AMB-nin valyuta ehtiyatları isə 706 milyon dollar və yaxud 11,1 % artım nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO