Hərbçilərimiz Kəlbəcərdə bəbirləri lentə aldılar - VİDEO

Hərbçilərimiz Kəlbəcərdə bəbirləri lentə aldılar - VİDEO

Hazırda oxunan: Hərbçilərimiz Kəlbəcərdə bəbirləri lentə aldılar - VİDEO

55806

Şərqi Zəngəzurda, daha dəqiq desək, Kəlbəcər rayonunun Yanşaq kəndində Azərbaycan ordusunun hərbçiləri tərəfindən çəkilmiş bəbirlər görünüb.

Bizim.Media xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov ATV-yə açıqlamasında “Bu bəbirdir, ona Orta Asiya və ya Qafqaz bəbiri deyirlər”.

O, qeyd edib ki, bu kadrlar Kəlbəcər rayonunda lentə alınıb, hazırda yolların çəkilişi fəal şəkildə davam edir, quruculuq işləri aparılır.

“Biz bu videonu çəkənlərlə, hərbçilərlə əlaqə saxladıq. Kəlbəcərdə bəbirlə rastlaşmaq qeyri-adi hal hesab edilmir, yəni birinci dəfə deyil. İstər sovet dövründə, istərsə də ondan əvvəl Qarabağda, Kəlbəcərdə bizim meşələrimizdə həmişə bəbirlər yaşayırdı. Biz bu heyvanların orada olacağını gözləyirdik və həmişə bu heyvanların hərəkət marşrutu haqqında düşünürdük.
 

Ən optimal marşrut Qarabağdan keçir, yəni Naxçıvanda doğulub böyüyən bəbirlər Qarabağa, oradan isə şimala, Böyük Qafqaza gedir”, - deyə E.Əsgərov bildirib.


O, işğaldan azad edilmiş ərazilərdə heyvan populyasiyalarının monitorinqi və tədqiqi üçün kameraların quraşdırılması imkanlarına da münasibət bildirib.

“Bu ərazilərə ancaq əkinçiliklə məşğul olan şəxslər buraxıldığı halda, hələ Elmlər Akademiyasının alimləri həmin torpaqlara ayaq basmayıb. Mövcud mina təhlükəsi fonunda bunu başa düşmək olar. Gözləyirik, icazə verilsə, bu ərazilərdə videomüşahidə kameralarımızı quraşdıracağıq, oradakı heyvan populyasiyasını öyrənəcəyik və hətta dəqiq müəyyən edə biləcəyik ki, bunlar Naxçıvanda doğulub böyüyən bəbirlərdir, yoxsa tamamilə fərqlidir”, - deyə WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO