Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Bizim.Media xəbər verir ki, protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, professor Çetin Elmas, TUSAŞ-ın baş direktoru Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, doktor Mehmet Demiroğlu imzalayıb.
Sənədə əsasən, AzTU tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcək.
Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorant tələbələri arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq.
Eyni zamanda tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da ödəniləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcək.
Bundan başqa, TUSAŞ-ın 2022-ci ildə AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:12 / 17.01.2022
ATU ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti arasında PROTOKOL imzalandı
Hazırda oxunan: ATU ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti arasında PROTOKOL imzalandı
Hazırda oxunan: ATU ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti arasında PROTOKOL imzalandı
55748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.