Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə son 3 ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, bununla da vətəndaşlara sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə etmək imkanları yaradılıb.
Ötən il həmin e-xidmətlər vasitəsilə 568 min e-arayış verilib.
Ən çox müraciət “İş yerinə dair arayış” (266908 min müraciət) və “Əlilliyə dair arayış” (220117 min müraciət) e-xidmətlərinə olub. Həmçinin məşğulluğa, pensiya, müavinət və təqaüdlə təmin edilməyə dair e-arayış xidmətləri də ən çox müraciət olunan e-xidmətlər sırasındadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 17.01.2022
Sosial xidmətlər üzrə 68 min elektron arayış verilib - Ötən il
Hazırda oxunan: Sosial xidmətlər üzrə 68 min elektron arayış verilib - Ötən il
Hazırda oxunan: Sosial xidmətlər üzrə 68 min elektron arayış verilib - Ötən il
55725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.