Bakıda tanışını qətlə yetirən şəxsdən XƏBƏR VAR

Bakıda tanışını qətlə yetirən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Bakıda tanışını qətlə yetirən şəxsdən XƏBƏR VAR

55717

Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Nərimanov rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO