Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs həlak olub – RƏSMİ 

Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs həlak olub – RƏSMİ 

Hazırda oxunan: Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs həlak olub – RƏSMİ 

55662

Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs və 11 təhlükəsizlik işçisi həlak olub.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri şəhər polis idarəsinin rəisi Kanat Taimerdenov səsləndirib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda son vəziyyət necədir?


Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.

Ölkə Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 225 nəfər həlak olub.

Yanvarın 5-də səhər saatlarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və Təhlükəsizlik Şurasına rəhbərlik edib. Onun rəhbərliyi altında keçirilən Təhlükəsizlik Şurasının ilk iclasında Tokayev Qazaxıstandakı vəziyyəti dövlətin bütövlüyünə zərbə vurmaq kimi qiymətləndirib və “terror təhlükəsinin aradan qaldırılmasında” KTMT-dən kömək istədiyini bildirib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 7-də Tokayev bəyan edib ki, xaricdən gələnlər də daxil olmaqla terrorçular müqaviməti davam etdirirlər:

“Silahı yerə qoymayanlar məhv ediləcək”.

Bundan əlavə, prezident qeyd edib ki, vətəndaşların dinc formada səsləndirdiyi bütün tələblər dinlənilib.

Cümə axşamı, yanvarın 13-də KTMT missiyasının uğurla başa çatdığı elan edilib, indi sülhməramlılar Qazaxıstandan geri qayıdırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO