Dövlət Komitəsi Şuşada qiymətləndirmə işlərinə başladı

Dövlət Komitəsi Şuşada qiymətləndirmə işlərinə başladı

Hazırda oxunan: Dövlət Komitəsi Şuşada qiymətləndirmə işlərinə başladı

5563

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrindən ibarət heyət Şuşa şəhərindədir və orada qiymətləndirmə işləri aparılır. Bu, gələcək planlarımızı həyata keçirmək üçün lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Komitənin sədr müavini İlqar İsbatov bildirib.

“Şuşadakı mənzil fondunun, məktəblərin, bağçaların, xəstəxanalarının və digər infrastruktur obyektlərinin vəziyyətini qiymətləndirməliyik, ən əsası isə şəhərin tarixi-mədəni abidələrinin vəziyyətini öyrənməliyik. Bu istiqamətdə mütəxəssislər qruplara bölünüb və hər kəs öz sahəsi üzrə işlərlə məşğuldur".

"Erməni vandallarının Şuşada törətdiyi dağıntılar çox böyük təəssüf doğurur. Bu gün şəhərdəki mədəni abidələrimizi dağılmış vəziyyətdə görmək ağrıdıcıdır. Bütün işğaldan azad edilmiş ərazilər üzrə Fəaliyyət Planı müəyyənləşdirmişik".

"İlk növbədə ərazi planlaşdırma sənədlərinin hazırlanmasını düşünürük. Bu iş bir neçə mərhələli olsa da, biz onu qısa müddətdə yekunlaşdırmağı düşünürük”, - deyə sədr müavini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO