Boris Consonun bu rəqsi qalmaqala səbəb oldu - VİDEO

Boris Consonun bu rəqsi qalmaqala səbəb oldu - VİDEO

Hazırda oxunan: Boris Consonun bu rəqsi qalmaqala səbəb oldu - VİDEO

55487

Sosial şəbəkələrdə yayılan Böyük Britaniyanın Baş naziri Boris Consonun rəqsini əks etdirən görüntülər kəskin etirazla qarşılanıb. 

Bizim.Media xəbər verir ki, kadrların nə zaman çəkildiyi dəqiq bilinmir.

Etirazlara səbəb son zamanlar siyasətçinin karantin qaydalarına əməl etməməsi ilə bağlı qalmaqal yaranmasıdır.  

Videoda Boris Consonun London Assambleyasının keçmiş üzvü Janett Arnoldla rəqs etdiyini görünür.

Jurnalist Henri Dayer videonun 2013-cü ildə Boris Consonun Londonun meri olduğu dövrdə çəkildiyini ehtimal edir. 

Xatırladaq ki, Boris Conson isə 2020-ci ilin mayında lokdaun dövründə keçirilən şənliklərə görə ictimaiyyətdən üzr istəmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO