Ölkəyə saxta sertifikatla tonlarla məhsul gətirib satdılar

Ölkəyə saxta sertifikatla tonlarla məhsul gətirib satdılar

Hazırda oxunan: Ölkəyə saxta sertifikatla tonlarla məhsul gətirib satdılar

55461

Ölkəmizə “Amotrade” MMC tərəfindən idxal edilən 23890 kq, “Best Supply Company” MMC tərəfindən idxal edilən 27807 kq və 11045 kq, “Palen AS” MMC tərəfindən idxal edilən 14392 kq bibər məhsulundan götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd edilib ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə uyğun olaraq, 2021-ci il 17 dekabr tarixində “Best Supply Company” MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.

Eyni zamanda “Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib.

Hazırda “Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün “Amotrade” MMC”, “Best Supply Company”  MMC və “Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO