Lavrov Rusiyanın qırmızı xətlərini açıqladı – Ukrayna və Qərbə MESAJ

Lavrov Rusiyanın qırmızı xətlərini açıqladı – Ukrayna və Qərbə MESAJ

Hazırda oxunan: Lavrov Rusiyanın qırmızı xətlərini açıqladı – Ukrayna və Qərbə MESAJ

55358

Azov dənizində ABŞ hərbi bazalarının yaranması ikinci qırmızı xəttimiz olacaq.

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Ukraynanın NATO-ya daxil olma ehtimallarını şərh edən Kreml rəsmisi “Rusiya sərhədlərində alyansın yaranması Moskva üçün qəti şəkildə qəbuledilməzdir , bu, əsl qırmızı xəttdir”, - deyə qeyd edib.

2021-ci ilin yekunlarına dair konfransda çıxış edən Lavrov fikirlərini bu cür davam etdirib:
 

"Biz Şimali Atlantika Alyansının sərhədlərimizdə görünməsini qəti şəkildə qəbul etmirik. Xüsusən də, Ukraynanın - həm keçmiş, həm də indiki rəhbərliyinin tutduğu kursu nəzərə alsaq, bu, əsl qırmızı xəttdir.


Ukrayna NATO-dan kənarda qalsa belə, amerikalılar, ingilislər və digər Qərb ölkələri ilə Azov dənizində hərbi obyektlər və bazaların yaradılmasını mümkün edən ikitərəfli razılaşmalara imza ata bilər. Bu, bizim üçün qəbuledilməzdir, çünki qonşularımızın, eyni zamanda Ukraynanın ərazisinə hücum silahlarının yerləşdirilməsi başqa bir qırmızı xəttdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO