Şagirdlərin qiymətləndirilməsi bu qaydada aparılacaq

Şagirdlərin qiymətləndirilməsi bu qaydada aparılacaq

Hazırda oxunan: Şagirdlərin qiymətləndirilməsi bu qaydada aparılacaq

5533

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində milli qiymətləndirmələr təşkil olunur.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir, ancaq tədqiqat xarakterlidir.

Qiymətləndirmə prosesində IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə), VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat), IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO