Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada öldü

Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada öldü

Hazırda oxunan: Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada öldü

55298

Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada ölüb.

Bu barədə Bizim.Media-ya rayon prokurorulundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda ruhi xəstə olan oğul anasını baltalayıb öldürdü - CİNAYƏTİN DETALLARI - YENİLƏNİB


Bildirilib ki, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin oğlu, 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO