Yaponiya ilə İKT sahəsində əməkdaşlığı MÜZAKİRƏSİ

Yaponiya ilə İKT sahəsində əməkdaşlığı MÜZAKİRƏSİ

Hazırda oxunan: Yaponiya ilə İKT sahəsində əməkdaşlığı MÜZAKİRƏSİ

55276

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında keçirilən onlayn görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, eyni zamanda Azərbaycan və Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) çərçivəsində əməkdaşlıq imkanları barədə danışılıb.

Həmçinin, BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Onoe Seizonun təşkilatın Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə, Azərbaycanın isə BTİ Şurasına və Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO