Prezidentin Ermənistan haqqında dediyi FİKİRLƏR – “İrəvanı təşvişə salmalıdır” – Fikrət Sadıxov 

Prezidentin Ermənistan haqqında dediyi FİKİRLƏR – “İrəvanı təşvişə salmalıdır” – Fikrət Sadıxov 

Hazırda oxunan: Prezidentin Ermənistan haqqında dediyi FİKİRLƏR – “İrəvanı təşvişə salmalıdır” – Fikrət Sadıxov 

55228

Prezident İlham Əliyev Azərbaycan televiziyaları üçün verdiyi intervüsündə maraqlı siyasi mesajlarla da yadda qalıb. Onlardan biri belədir:

“Biz heç vaxt indiki hakimiyyətin (Ermənistan) xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”.

Politoloq Fikrət Sadıxovun fikrincə, bu, çox yerinə düşən və aktuallığı əks etdirən ifadədir:

“Əslində dövlət başçımız Ermənistana növbəti dəfə mesaj ünvanladı ki, oturub Ermənistanın sülh sazişini imzalamasını gözlədiyimizi düşünməsinlər. Biz Qələbə çalmış bir dövlətik. Öz torpaqlarımızı azad etmişik”.

Bizim.Media xəbər verir ki, Ermənistan təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, sülh müqaviləsinə imza atmalıdır. Hər halda Prezidentin siyasi mesajını şərh edən Fikrət Sadıxov bu fikirdədir:

“Yəni Ermənistan sülh sazişini imzalasa, nədənsə sığortalanmış olur. Eyni zamanda, Azərbaycanın da ərazi bütövlüyünü tanımalıdırlar ki, Azərbaycan da Ermənistanın suverenliyi tanısın. Yox, əgər ermənilər buna razı deyillərsə bilməlidirlər ki, Azərbaycan heç nə dayandırmayacaq. Sülh naminə addımlarımız həmişə üstün olacaq və bu onları təşvişə salmalıdır”. 

Prezident həmçinin bildirib ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. Bu nə deməkdir? Yəni sülh müqaviləsi imzalansa da, Azərbaycan öz hərbi gücünü artıracaq, hər an istənilən təhdidə hazır olacaq?

“Paralel olaraq hərbi potensialımızı bundan da sonra da gücləndirəcəyik. Çünki biz heç kəsə inanmırıq. Kimsəyə ümidimiz yoxdur.

Dövlət başçısı beynəlxalq hüququn da tapdalandığını qeyd elədi. II Dünya savaşından sonra müəyyən konvensiya və aktları imzalamaqla beynəlxalq hüququ gündəmə gətirən dövlətlər hazırda açıq şəkildə bunu inkar edir. Belə şəraitdə biz həmişə gücümüzü nümayiş etdirəcəyik. Lazım olsa gücümüzdən istifadəyə də hazırıq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO