Türkiyə Müdafiə Sənayesi rəhbəri: ''Sanksiyaların bizə təsiri olmayacaq''

Türkiyə Müdafiə Sənayesi rəhbəri: ''Sanksiyaların bizə təsiri olmayacaq''

Hazırda oxunan: Türkiyə Müdafiə Sənayesi rəhbəri: ''Sanksiyaların bizə təsiri olmayacaq''

5510

"ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.

Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna ziddir.

Dəmir bu sanksiyanın onların fəaliyyətinə ciddi əngəl törətməyəcəyini söyləyib:

“Bizim qurum alqı-satqı yox, layihə həyata keçirir. Birbaşa ixrac etmək səlahiyyətimiz yoxdur. Bizim işimiz müdafiə sənayesi şirkətləri üzərindən icra olunur. Yəni bu sanksiyanın bizə əsaslı təsiri olmayacaq. Amma bu o demək deyil ki, biz dayanacağıq, əksinə biz daha aktiv fəaliyyət göstərəcəyik”.

Direktor qeyd edib ki, Rusiyadan aldıqları S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO