Bakıda ikinci yerüstü metro stansiyası 2022-ci ildə istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Yerüstü sərnişin stansiyası Xocasən kəndində, eyniadlı deponun ərazisində yerləşəcək.
Kənd və ona bitişik ərazilərin sakinlərinin şəhərin inzibati rayonlarına gedən yolunu xeyli qısaldacaq bu stansiya Bakı metrosunun “Bakmil” stansiyasından sonra ikinci yerüstü stansiyasına çevriləcək.
Xocasən stansiyasının tikintisinin mühüm mərhələlərindən biri artıq arxada qalıb. Yeddi vaqonlu qatarları qəbul edəcək 144 metrlik platformanın tikintisi və quraşdırılması başa çatdırılıb.
Müasir tələblərə uyğun olaraq sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb.
Hazırda foyedə, tuneldə və gözləmə zalında döşəmə və divar üzlənməsi işləri yekunlaşıb. Vağzalın qarşısında çəkiləcək dəmir yolunun yalnız bir hissəsi qalıb. Ofisdə son tamamlama işləri və kabel çəkilişi davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 11.01.2022
Bakıda yeni yerüstü metro stansiyası harada tikilir? - FOTO
Hazırda oxunan: Bakıda yeni yerüstü metro stansiyası harada tikilir? - FOTO
Hazırda oxunan: Bakıda yeni yerüstü metro stansiyası harada tikilir? - FOTO
54837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.