İran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.
Bizim.Media-nın məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib.
Ə.Vəhidinin sözlərinə görə, qonşu ölkələrə (Azərbaycan, Türkiyə, Ermənistan, İraq, Türkmənistan, Pakistan və Əfqanıstan) vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür.
Qeyd edək ki, 25 dekabrda İran qonşu ölkələrlə quru sərhədlərinin vətəndaşlar üçün 15 gün müddətinə bağlı olduğunu elan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:54 / 11.01.2022
İran Azərbaycanla quru sərhədlərini açdı – RƏSMİ
Hazırda oxunan: İran Azərbaycanla quru sərhədlərini açdı – RƏSMİ
Hazırda oxunan: İran Azərbaycanla quru sərhədlərini açdı – RƏSMİ
54834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.