KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR - VİDEO

KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR - VİDEO

Hazırda oxunan: KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR - VİDEO

54636

Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT-nin onlayn sammiti başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Qazaxıstan” nəşri yayıb.

Mənbə qeyd edir ki, sammit iştirakçıları Qazaxıstanda iğtişaşlar zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev çıxışında bildirib ki, ölkə genişmiqyaslı, müstəqillik tarixinin ən çətin böhranını yaşayıb.

O, Qazaxıstana gələn KTMT hərbçiləri haqda da danışıb:

“Bizim üçün KTMT-nin təkcə hərbi deyil, həm də mənəvi dəstəyi prinsipial olaraq vacibdir”.

Prezident vurğulayıb ki, iğtişaşların təşkilatçıları dinc mitinqlərdən bəhanə kimi istifadə ediblər:

“Sanki bir əmrlə dini radikallar, bədnam quldurlar, talançılar və xırda xuliqanlar peyda olub”. O, əlavə edib ki, bütün döyüş əməliyyatları bir mərkəzdən əlaqələndirilib, binalara sinxron hücumlar buna sübutdur.

Tokayev Qazaxıstanda baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb:

“Terrorçuların əsas məqsədi hakimiyyəti ələ keçirmək olub. Almatı polis idarəsi ətrafında döyüş iki gecə davam edib. Quldurlar polis əməkdaşlarını xüsusi amansızlıqla döyüb, iki nəfərin başını kəsiblər. Silahlılar Qazaxıstanın paytaxtına da zərbə endirməyi planlaşdırıblar”.

Prezident itkilər haqda da söz açıb:

“Mülki itkilər var, dəqiq sayı müəyyənləşdirilir. 16 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 1,3 mindən çoxu yaralanıb.
Quldurlar gecə meyitxanalara hücum ediblər, ölən ortaqlarının cəsədlərini götürüblər. Bu, beynəlxalq terrorçuların təcrübəsidir, ona görə də öz izlərini örtüblər”.

Onun sözlərinə görə, iğtişaşlar zamanı Almatı və 9 rayon quldurların əlinə keçib:

“Biz dinc nümayişçilərə qarşı heç vaxt güc tətbiq etməmişik və etməyəcəyik. Bəzi mənbələr iddia edir ki, Qazaxıstan hakimiyyəti dinc nümayişçilərə qarşı mübarizə aparır. Bu, tamamilə dezinformasiyadır. Yaxın vaxtlarda biz dünya ictimaiyyətinə Qazaxıstanda terror aktının təşkili ilə bağlı sübutları təqdim edəcəyik”.

Tokayev Qazaxıstanda baş verənləri Almatı faciəsi adlandırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO