Kiyevin mərkəzində ölkə əhalisi ilə həmrəylik əlaməti olaraq Qazaxıstanın böyük bayrağı qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Ukrinform” agentliyi yayıb.
"Qazaxıstan bayrağı bu ölkənin xalqına dəstək əlaməti və orada baş verən hadisələrə diqqəti cəlb etmək üçün Kiyevin mərkəzi üzərində səmada qaldırılıb", - agentlik öz Telegram kanalında yazıb.
Bayrağın pilotsuz uçuş aparatları ilə qaldırıldığını göstərən fotolar da dərc olunub.
O, Ukraynanın böyük bayrağının, eləcə də Vətən abidəsinin yanında dalğalanıb.
Bizim.Media