Qazaxıstanda bugünkü hadisələrin mənşəyi keçmiş SSRİ-dən qaynaqlanır.
Bizim.Media xəbər verir ki, bu fikirləri 1946-cı ilə Alma-Ata şəhərində dünyaya gələn rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Exo Moskvı” radiostansiyasının efirində səsləndirib.
Jirinovski hesab edir ki, indiki iğtişaşların mənşəyini respublikanın sovet tarixində axtarmaq lazımdır.
Onun fikrincə, sovet rəhbərliyi qazaxların çoxəsrlik həyat tərzini dağıdıb:
“Onlar köçəridirlər, çox ustalıqla maldarlıqda məşğul olublar. Çöllərdə yaşayıblar, ancaq onları şəhərə gətiriblər. Bu zaman müqavimət göstəriblər, Xruşşov isə qərar verib ... ".
V.Jirinovski vurğulayıb ki, Qazaxıstan böhranı Nikita Xruşşovun siyasətinin nəticəsi idi:
“...Xruşşovun əmri ilə bütün milli respublikalarda rəhbər kadrları yerli kadrlarla əvəz etməyə başladılar. Üstəlik, universitetlər, ilk növbədə, yalnız yerli millətin nümayəndələrini - bu halda qazaxları qəbul etməyə başladılar ".
Bizim.Media